cümə axşamı 12 noyabr 2026 - 18:34
Mərhum Zariinin inqilab və xalq teatrına göstərdiyi diqqət onun fəaliyyətinin yaddaqalan məqamlarındandır

Hövzə l Ayətullah Ərafi bildirib ki, əziz sənətkar mərhum Zariinin inqilab və xalq teatrına göstərdiyi xüsusi diqqət, məsuliyyətli sənət cərəyanına və məscid teatrına dəstək verməsi, eləcə də dəyərlərə bağlı gənc nəslin yetişdirilməsi və onlara öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün geniş imkanların yaradılması istiqamətində göstərdiyi ardıcıl səylər onun zəngin fəaliyyət salnaməsinin yaddaşlarda əbədi yaşayacaq mühüm məqamlarındandır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, elmi hövzələrin rektoru Ayətullah Ərafi tanınmış, inqilab dəyərlərinə sadiq və mənəvi dəyərləri təbliğ edən sənətkar mərhum cənab Kuruş Zareinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti yayıb.

بسم الله الرحمن الرحیم

Bağışlayan və mehriban Allahın adı ilə

إِنَّا لِلَّهِ وَإِنَّا إِلَیْهِ رَاجِعُونَ

Biz, həqiqətən Allaha məxsusuq və ona tərəf qayıdacağıq. (Bəqərə surəsi, 156-cı ayə)

Tanınmış, inqilab dəyərlərinə sadiq və mənəvi dəyərləri təbliğ edən sənətkar mərhum cənab Kuruş Zariinin vəfatı xəbəri dərin kədər və təəssüf doğurdu.

Mərhum ömrünü din, inqilab və xalqın ruhunu əks etdirən sənətə xidmətə sərf etmişdir. O, aktyor, rejissor və mədəniyyət xadimi kimi sənət baxımından sıradan bir insan kimi deyil, ilahi dəyərlərin izahı, İslam və İran kimliyinin qorunması, müqavimət və mətanət ruhunun gücləndirilməsi üçün bir vasitə hesab edirdi. Əhli-beytin (ə) müqəddəs məqamına dərin məhəbbəti və bağlılığı davranışlarında, nitqində və yaradıcılığında aydın şəkildə təzahür edirdi. Məhz bu bağlılıq onun sənət fəaliyyətinin istiqamətini Əhli-beyt (ə) maarifinə, dini və mərasim teatrına, eləcə də həmin böyük şəxsiyyətlərin məzlumluğunun və əzəmətinin qorunmasına yönəldirdi.

Böyük sənətkar mərhum cənab Zariinin inqilabi və xalq teatrına xüsusi diqqət yetirməsi, məsuliyyətli sənət cərəyanına və Məscid uşaqlarının teatr fəaliyyətinə dəstək verməsi, dəyərlərə sadiq gənc nəslin yetişdirilməsi və ona fəaliyyət meydanı açılması istiqamətində göstərdiyi səylər onun yaradıcılıq fəaliyyətinin yaddaşlarda qalacaq məqamlarındandır. Onun səhnə əsərlərindəki təsirli iştirakı, o cümlədən Yusif Peyğəmbər (ə) serialında canlandırdığı obraz göstərdi ki, sənət sahəsində həm xalqla ünsiyyət qurmaq, həm də dəyərləri, dini maarifi və peyğəmbər ailəsinə məhəbbəti qoruyub saxlamaq mümkündür.

Bu xidmətkar şəxsiyyətin və mübariz sənətkarın vəfatı ilə əlaqədar mərhumun möhtərəm ailəsinə, eləcə də həyat yoldaşına və əziz övladına, həmkarlarına və həmçinin ona məhəbbət bəsləyənlərə, xüsusilə də məsuliyyətli sənət ictimaiyyətinə və İslam İnqilabının İncəsənət Mərkəzinə dərin hüznlə başsağlığı verirəm. Uca Allah dərgahından mərhum üçün böyük rəhmət, ilahi məğfirət, yüksək məqam, peyğəmbər (s) və onun pak ailəsi ilə  eləcə də haqq yolunun şəhidləri ilə birlikdə məhşur olmasını diləyirəm. Ümidvaram ki, onun yolu və xatirəsi mənəvi dəyərlərə sadiq və dəyərli sənətin yüksəlişi naminə davam etdiriləcəkdir.

رَبَّنَا اغْفِرْ لَنَا وَ لِإِخْوَانِنَا الَّذِینَ سَبَقُونَا بِالْإِیمَانِ

Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla!

Həşr surəsi, 10-cu ayə


Ölkə üzrə elmi hövzələrin rektoru

Əlirza Ərafi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha